Əli Sultanov: Həyat yoldaşım ölümlə mübarizə aparır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Sultanov: Həyat yoldaşım ölümlə mübarizə aparır – FOTO

15:20 - 31 / 01 / 2018
Əli Sultanov: Həyat yoldaşım ölümlə mübarizə aparır – FOTO

1news.az redaksiyasına ümidi hər yerdən kəsilmiş Əli Sultanov adlı həmyerlimiz müraciət edib.

Onun ailəsi çətin vəziyyətlə qarşılaşıb: həyat yoldaşı İranda ölüm-dirim mübarizəsi aparır.

“Əlimzində olan vəsaitlə Təbrizə, həyat yoldaşım Bəstinin müalicə etdirməyə gedirdik. Məsələ burasındadır ki, yoldaşım uzun müddət diabetdən əziyyət çəkir. Yaxın zamanlarda ayağında qanqren yarandı. Həkimlər bizi qorxutdu ki, onun ayağını təcili kəsmək lazımdır. Bundan əvvəl artıq o, qanqrendən ayağındakı 2 barmağını itimişdi. Ailəmiz təlaş içində idi. Alternativ müalicə kimi Təbrizdən olan mütəxxəsislərə üz tutduq. Orada ayağını xilas edəcəklərini bildirdilər. Həkimlər bildirib ki, ayağı kəsmək yox, uzun müddət müalicə aparmaq olar. Buna görə də İrana getdik”, - Ə.Sultanov bildirib.

Lakin yolda gözlənilməz hadisə baş verir: Ərdəbilə gedərkən Bəsti xanımın vəziyyəti qəfil piləşir, onun ürəyi dayanır. Onu yaxınlıqdakı xəsətxanalardan birinə aparırlar. Orada qadın süni nəfəs aparatına qoşulur.

“Allaha çox şükür ki, yoldaşımı xilas edə bildik. Lakin çox çətin vəziyyətdəyəm: onu nə Bakıya, nə də Təbrizə aparmaq olmaz, çünki hələ də sərbəst şəkildə nəfəs ala bilmir. Həkimlər bildirib ki, 1 ay müddətinə onun vəziyyətini stabilləşdirə bilərlər. Lakin əlimdə cəmi 1000 manat pulum var, xəstəxanaya isə 5000 manat ödəniş edilməlidir. Ailəmizdə bu pullar yoxdu. Buna görə də həmyerlilərimizə müraciət etmək qərarına gəldik”, - Ə.Sultanov qeyd edib.

Aşağıda Ə.Sultanovun açdığı bank hesabı və tibbi sənədlərin skinlərini qeyd edəcəyik. İmkanı olan hər kəsdən ailəyə gücü çatdığı qədər kömək etməsini xahiş edirik.

Ə.Sultanov həmçinin Bəsti Soltanovanın müalicə aldığı xəstəxananın əlaqə nömrəsini qeyd edib: 00984533251401

Bəsti xanımın ailəsilə əlaqə saxlamaq üçün telefonlar:

(051) 306 97 55 – Bəsti xanımın həyat yoldaşı Əli.

 (050) 414 38 00 – Bəsti xanımın oğlu Azər

Əl tutmaq Əlidən (imam) qalıb!

S.Xankişiyeva

 

Paylaş:
1643

Son xəbərlər

Bütün xəbərlər