Azərbaycanda bəbir dananı parçalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bəbir dananı parçalayıb

15:39 - 31 / 01 / 2018
Azərbaycanda bəbir dananı parçalayıb

Yanvarın 30-da Astara rayonunun Armudu və Onuz kəndləri arasında yerləşən Almabadi vadisinin Hirkan Milli Parkının Şindan meşəbəyliyi ilə sərhəd ərazisində rayon sakini Talıb Əhmədova məxsus bir baş dananın vəhşi heyvan tərəfindən parçalanması hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, hadisədən az sonra Milli Parkın yegerləri tərəfindən ərazidə yetkinlik yaşına çatmış dişi bəbir müşahidə olunub. Qeyd edək ki, hadisədən bir həftə öncə həmin bəbirin epizodları Hirkan Milli Parkının Şindan meşəbəyliyində quraşdırılmış fototələlərə düşüb.

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, IDEA İctimai Birliyinin nümayəndələri ilə birgə ərazidə olub və yerli əhali ilə Azərbaycan meşələrinin incisi sayılan və nadir növ olan bəbirin mühafizəsi barədə söhbətlər aparıb.

Qeyd edək ki, uzun illərdir IDEA İctimai Birliyinin fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ölkə ərazisində bəbirlərin mühafizəsi layihəsini həyata keçirir. Layihə çərçivəsində bəbirlərin yaşadığı areallarda yerli icma nümayəndələri ilə görüşlər keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır, davamlı mühafizə tədbirləri işlənib hazırlanır.

Sevindirici haldır ki, hadisə zamanı bəbir fermerin ev heyvanına hücum edərək ziyan vursa da, fermer vətəndaş mövqeyi nümayiş etdirərək  balalarının olduğu ehtimal edilən bəbirə ziyan vurmayıb. IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tövsiyəsi ilə layihəni icra edən təşkilatlar tərəfindən zərərçəkmiş fermerə kompensasiya ödənilməsi üçün zəruri tədbirlər görülür.

Xatırladaq ki, bəbir (qaplan) yırtıcılar dəstəsinə aid olub, Ümümdünya Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib. Bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək ümumiyyətlə bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi hadisə nəticəsində zərər çəkmiş Astara rayonu sakininə məsələyə məsuliyyətlə yanaşdığına görə təşəkkürünü bildirir, vətəndaşlarımızı Qafqaz bəbiri və digər nadir, nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların mühafizəsi məsələsində vətəndaş mövqeyi nümayiş etdirməyə çağırır.

1news.az

Paylaş:
3858

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər