Petronas BANM-ın üç tələbəsini Malayziyada oxutduracaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Petronas BANM-ın üç tələbəsini Malayziyada oxutduracaq

10:24 - 31 / 01 / 2018
Petronas BANM-ın üç tələbəsini Malayziyada oxutduracaq

Bakı Ali Neft Məktəbində(BANM) Malayziyanın “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyinin İnsan resursları şöbəsinin rəhbəri Şeyda Mehdiyeva və Korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva tələbələrlə görüş keçirib.

1news.az-a BANM-dan verilən məlumata görə, görüşdə Ali Məktəbin birinci və ikinci kurs tələbələri iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən “Petronas” şirkətinin BANM ilə genişlənməkdə olan əməkdaşlığından danışıb, görüşün təşkil olunmasının əsas məqsədini izah edərək şirkətin Azərbaycan nümayəndəliyinin İnsan resurları şöbəsinin rəhbəri Şeyda Mehdiyevanı tələbələrə təqdim edib.

Daha sonra “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyinin İnsan resursları şöbəsinin rəhbəri Şeyda Mehdiyeva  şirkət və onun təqaüd proqramı  haqqında tələbələrin qarşısında geniş təqdimatla çıxış edib. O, bildirib ki, “Petronas” şirkəti BANM-ın 3 tələbəsini Malayziyanın Petronas Texniki Universitetində təhsil ala bilməsi üçün sponsorluq edəcək. Tələbələr kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və neft-qaz geologiyası ixtisasları üzrə “Petronas” şirkətinin hesabına təhsil almaq şansı əldə edəcəklər. Şeyda Mehdiyeva təqaüd proqramında iştirak etmək üçün əsas kriteriyalar, müraciət qaydası, seçim prosesi, həmçinin öz təhsilini uğurla başa vuranlar üçün “Petronas” şirkətində uğurlu karyera qura bilmək imkanından danışıb.

Elmar Qasımov BANM və onun tələbələrinə göstərilən maraq və verilən qiymətə görə Şeyda xanımın timsalında “Petronas” şirkətinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Rektor qeyd edib ki, BANM tələbələrinin Petronas şirkətinin dəstəyilə Malayziyada təhsil almasını dəstəkləyir, çünki Ali Məktəbin tələbələri – Azərbaycanın ən bacarıqlı gəncləri olaraq neft-qaz sektorunda ölkəmizi qabaqcıl transmilli şirkətlərdə təmsil etməlidirlər.

Tələbələrin böyük marağına səbəb olan təqdimatın sonunda şirkətin nümayəndələri tələbələri maraqlandıran suallara cavab veriblər.   

Qeyd edək ki, təqaüd proqramına müraciət edən namizədlər ilkin mərhələdə şirkətin Azərbaycan nümayəndəliyi tərəfindən, sonuncu mərhələdə isə Malayziyadakı Baş ofisi tərəfindən əvvəlcədən müəyyən edilmiş xüsusi kriteriyalar əsasında seçiləcəklər. Ali Məktəbin tələbələri təhsillərini şirkətin həyata keçirdiyi “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində alacaqlar.  

1news.az

Paylaş:
746

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər