Bir neçə gün əvvəl saxlanılmışdı, yenidən tutuldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir neçə gün əvvəl saxlanılmışdı, yenidən tutuldu – FOTO

17:01 - 01 / 02 / 2018
Bir neçə gün əvvəl saxlanılmışdı, yenidən tutuldu – FOTO

Polis əməkdaşları narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hacıyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,159 qram çəkidə güclü psixotrop təsirə malik narkotik vasitə olan “Metamfetamin” aşkarlanıb.

S.Hacıyev bir neçə gün əvvəl narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də saxlanılmışdı. Amma məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan yox, alternativ qətimkan tədbirlərindən biri seçilərək azadlığa buraxılıb. S.Hacıyev məhkəmə tərəfindən ona göstərilən humanizm prinsiplərindən sui-istifadə edərək yenidən narkotik maddələrin alqı-satqısında iştirak etdiyi üçün saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq, S.Hacıyevə narkotik vasitəni satan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mənmmədov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı 8 qram “Metamfetamin” aşkar olunaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, R.Məmmədov narkotik vasitəni hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. Həmin şəxs sifarişi qəbul edəndən sonra R.Məmmədov narkotik vasitənin pulunu ona “pay-point” vasitəsilə ödəyib. Pul hesaba köçürüləndən sonra saxlanılan şəxs psixotrop tərkibli narkotik maddəni əvvəlcədən razılaşdırılan yerdən götürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1news.az

 

Paylaş:
685

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər