Ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan traktor sürücüsü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan traktor sürücüsü həbs edilib

21:43 - 01 / 02 / 2018
Ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan traktor sürücüsü həbs edilib

Tərtər rayon polis və prokurorluq əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, yanvarın 25-də saat 19 radələrində Tərtər-Goranboy avtomobil yolunun Tərtər rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində Goranboy rayonu, Yeni Yaşayış massivində yaşayan Zamanov Mahir Novruz oğlunun idarə etdiyi “VAZ 21015” markalı 26 BA 791 dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonunun Bəyimsarov kənd sakini Rüstəmov Ələsgər İxtiyar oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “YUMZ-6 AKL” markalı 04 K 135 dövlət qeydiyyat nişanlı traktorun qoşqusu ilə toqquşması, nəticədə M.Zamanovun xəstəxanaya aparılarkən aldığı bədən xəsarətlərindən yolda vəfat etməsi, Ə.Rüstəmovun isə hadisə yerindən qaçması faktına görə Tərtər rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış tədbirlər nəticəsində Ə.Rüstəmov tutularaq istintaqa cəlb edilib.

Ə.Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
612

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər