BANM-ın müəlliminin nüfuzlu beynəlxalq jurnalda elmi məqaləsi dərc olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın müəlliminin nüfuzlu beynəlxalq jurnalda elmi məqaləsi dərc olunub

10:15 - 01 / 02 / 2018
BANM-ın müəlliminin nüfuzlu beynəlxalq jurnalda elmi məqaləsi dərc olunub

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məliyin dünyanın ən nüfuzlu elmi jurnallarından biri olan "Dinamik və Kontrol sistemlər" ("Journal of Dynamical and Control Systems") jurnalında elmi məqaləsi dərc olunub.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 24 yanvar 2018-ci ildə dərc olunan məqalə "Kontrolda gecikməli diskret sistemlərdə birinci və ikinci tərtib Zəruri Optimallıq şərtləri" adını daşıyır.

Məqalədə yeni metod tətbiq edilməklə müasir mühəndislik və iqtisadi optimallaşdırma problemlərinin həllində tətbiq olunan “Eyler tip zəruri optimallıq şərtləri və xəttiləşmiş diskret maksimum prinsipi” alınmışdır. Diskret sistemlərdə optimallaşdırma məsələləri müasir riyaziyyatın ən prioritet tədqiqat sahələrindən olub, yeni çox funksiyalı texnoloji maşınların əlverişli iş prinsiplərinin təyinatı və həmçinin riyazi modelləri vasitəsi ilə gecikmiş və ya məhdudiyyətlər yaranmış bank ödənişlərinin optimal idarə olunması üçün mühüm əhəmiyyət daşıyır.

“Tomson” reytinqli "Dinamik və Kontrol sistemlər"  jurnalı ABŞ'ın çox nüfuzlu “Springer” elmi jurnallar bazasında  olmaqla yanaşı "Kontrol və Optimizasiya" sahəsi üzrə dünyada 25 ən nüfuzlu elmi jurnallar siyahısındadır. Redaksiya heyəti ABŞ, Fransa və İtalya universitetlərinin professorlarından ibarət olan jurnal dünyaca məşhur  SCOPUS, SciSearch, INSPEC və ZentralblattMath kimi elmi araşdırmalar bazalarına da daxildir.

Qeyd edək ki, BANM-ın müəllimi Məlik Samin Böyük Britaniyanın Mançester Universitetində “Riyaziyyat və riyazi məntiq” ixtisası üzrə magistraturanı bitirib  və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda prof. Misir Mərdanovun elmi rəhbərliyi altında "Optimal idarəetmə" ixtisası üzrə dissertantdır.

S.Xankişiyeva

 

    

Paylaş:
638

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıbBu gün, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunubBu gün, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33
Bütün xəbərlər