Magistraturaya qəbul imtahanının II mərhələsinin keçiriləcəyi tarix bilinib | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya qəbul imtahanının II mərhələsinin keçiriləcəyi tarix bilinib

19:12 - 02 / 02 / 2018
Magistraturaya qəbul imtahanının II mərhələsinin keçiriləcəyi tarix bilinib

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul imtahanın ikinci mərhələsinin keçiriləcəyi tarix məlum olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsi 3 iyunda keçiriləcək.

Bu mərhələdə bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Müəyyən qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test imtahanının əvəzinə yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən və imtahanın 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək keçiriləcək proqram seçimi zamanı Dövlət İmtahan Mərkəzinin internet saytında müvafiq proqramları seçməlidirlər. Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50, 53 və 74 saylı proqramları da seçə bilərlər.

Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar 2018-ci il iyunun 3-də magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı və ya yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə 4 – 5 iyun 2018-ci il tarixində qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və 2018-ci il iyunun 6-dan 8-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər (“Magistr” jurnalının 2018-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə ətraflı məlumat veriləcək).

İmtahanın mərhələləri və onlara ayrılan vaxt

Bakalavrın yerinə yetirdiyi işlər və onların vaxtı

Yoxlanılan keyfiyyət

Test tapşırıqlarının sayı

 

 

I mərhələ (bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 2 saat 30 dəqiqə)

Elektron ərizənin doldurulub təsdiq edilməsi

(02 - 12.02.2018)

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

(21 - 24.02.2018)

Qəbul imtahanı (25.02.2018)

Ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsi

50 (o cümlədən 
açıq formalı 5)

 

İnformatika üzrə biliklər

25 (o cümlədən 
açıq formalı 5)

 

Xarici dili bilmə səviyyəsi

25 (o cümlədən 
açıq formalı 5)

 

II mərhələ

(ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 1 saat 30 dəqiqə)

Qəbul proqramının seçimi və təsdiq edilməsi

(07 - 17.05.2018)

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

(30.05 - 02.06.2018)

Qəbul imtahanı (03.06.2018)

İxtisas üzrə biliklər

   

 

1news.az

Paylaş:
1115

Son xəbərlər

Bütün xəbərlər