Azərbaycanlı iş adamının Bakıdakı milyonluq mülkləri satışa çıxarılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı iş adamının Bakıdakı milyonluq mülkləri satışa çıxarılıb – FOTO

12:41 - 02 / 02 / 2018
Azərbaycanlı iş adamının Bakıdakı milyonluq mülkləri satışa çıxarılıb – FOTO

Türkiyədə yaşayan və biznes quran azərbaycanlı iş adamı Mübariz Mənsimov Bakıdakı mülklərini satışa çıxarıb.

1news.az-ın Lent.az-a istinadla verdiyi xəbərə görə, biznesmenə məxsus “Palmali” şirkətinin Bakı şəhərinin Nərimanov rayonu, Məmməd Araz küçəsi 27 ünvanında ("Milyonerlər məhəlləsi" adlanan ərazi) yerləşən 4 mərtəbəli ofisi satışa çıxarılıb. Ofisə ilkin olaraq 5 milyon manat qiymət qoyulub.

Bildirilir ki, Mübariz Mənsimova məxsus olan Bakıdakı digər obyekt və yaşayış sahələri də satışa çıxarılıb. Onlar arasında Təbriz küçəsindəki çoxmərtəbəli binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri də var.

Biznesmen Bakıdakı mülklərinin satışı işini bacısının həyat yoldaşı, tanınmış biznesmen Aşur Ağayevə tapşırıb.

“Palmali” şirkətlərinin qrupundan isə məsələ ilə bağlı bildirilib ki, qurumun Bakıda yerləşən obyektlərini satışa çıxarması barədə iddialar həqiqəti əks etdirmir: “Az qala üç ilə yaxındır, ara-sıra dövri mətbuatda bu tip xəbərlər yer alsa da, göstərilən mülklər sahibini dəyişməyib.

S.Xankişiyeva

 

 

 

 

Məlumatda bildirilir ki, məlum olduğu kimi, şirkətin Bakı şəhərinin müxtəlif yerlərində ofis binaları mövcuddur: “Bu gün şirkətin Bakı nümayəndəliyi İçərişəhərdə yerləşən ofisdə fəaliyyət göstərir. Digər ofislər isə sadəcə hazırda boş olaraq qalmaqdadır. Görünür, ofislərin boş olması bu kimi söhbətlərə yol açır”.

 

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər