Bakıda piyadanı öldürərək qaçan sürücü tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda piyadanı öldürərək qaçan sürücü tutulub

19:29 - 03 / 02 / 2018
Bakıda piyadanı öldürərək qaçan sürücü tutulub

Fevralın 2-də saat 7 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “İsuzu” markalı avtobusla törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü  -  Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər