Bakıda yaşayış binasında yanğın baş verib: 2 polis və üç azyaşlı zəhərlənib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın baş verib: 2 polis və üç azyaşlı zəhərlənib – FOTO

11:37 - 03 / 02 / 2018
Bakıda yaşayış binasında yanğın baş verib: 2 polis və üç azyaşlı zəhərlənib – FOTO

Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə,Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanındayerləşən binanın girişindəki mağazada yanğın olub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı tüstüdən zəhərlənib. Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb.

Hadisaə zamanı tüstüdən zəhərlənən 2004-cü il təvəllüdlü Kərəm Səfərli, 2006-cı il təvəllüdlü Elcan Səfərli və  2009-cu il təvəllüdlü Selcan Səfərliyə də ilkin tibbi yardım göstərilb, vəziyyətləri normaldır. Zərərçəkənlər qohumdurlar.

S.Xankişiyeva

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər