İlk dəfə makiyaj edilən xanım güzgüdə özünü görcək kövrəlib – VİDEO
Azərbaycanlı stilist Anar Ağakişiyevin Before/after layihəsi çərçivəsində gözəllik nümunəsi sosial şəbəkə istifadəçilərini kədərləndirib.
Budəfəki dəyişimin qəhrəmanı üzü yanıq xasərətləri almış xanım olub.
“Bu, 18 illik təcrübəmdə olan ən ağır və təsirli işimdir. Xanım 11 yaşında olanda bədbəxt hadisə baş verib. Buna görə də heç vaxt makiyaj etməyib. İlk dəfə ona makiyaj etdim. Və qərara aldım ki, güzgünü bağlayım. Gəlin bir-birimizə xoş anlar yaşadaq. Onu sevindirə bildiyim üçün çox şadam”, - Anar qeyd edib.
Aşağıda təqdim etdiyimiz video-çarxın qısa zaman ərzində 1.500.000 baxış sayı olub.
Qeyd edək ki, bu video-çarxı Yaxın Şərqin ən məşhur gözəllik bloggeri Huda Kattan da paylaşıb:
“Bu dəyişimə vuruldum. Xanımın reaksiyası gözəldir”.
O, makiyaj etmir, qadınları tamamilə dəyişir – FOTO – VİDEO
S.Xankişiyeva