Türkiyədə arvadı ilə dava edən azərbaycanlı özünü bıçaqladı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə arvadı ilə dava edən azərbaycanlı özünü bıçaqladı – VİDEO

20:00 - 04 / 02 / 2018
Türkiyədə arvadı ilə dava edən azərbaycanlı özünü bıçaqladı – VİDEO

İstanbulun Qasımpaşa məhəlləsində intihara cəhd qeydə alınıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Neməddin A. küçə ilə hərəkət edərkən telefonda arvadı ilə mübahisə etməyə başlayıb.

Evinə çatdıqdan sonra o, bıçaqla özünə xəsarət yetirib.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları çağırılıb. Neməddin A.-nın xəstəxanaya yerləşdirildiyi bildirilir.

Polis intihara cəhdin səbəbləri haqqında əlavə məlumat açıqlamayıb.

S.Xankişiyeva

 

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər