İltimas Məmmədov işdən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İltimas Məmmədov işdən çıxarılıb

14:23 - 05 / 02 / 2018
İltimas Məmmədov işdən çıxarılıb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub.

1news.az  APA-ya istinadla xəbər verir ki, nazirliyin saytında İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Bundan başqa, Prezident İlham Əliyevin 02 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.

1news.az

 

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər