ABŞ-da AXC-nin 100 illiyinin qeyd edilməsi "Əli və Nino" filmi ilə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da AXC-nin 100 illiyinin qeyd edilməsi "Əli və Nino" filmi ilə başlayıb

09:24 - 05 / 02 / 2018
ABŞ-da AXC-nin 100 illiyinin qeyd edilməsi "Əli və Nino" filmi ilə başlayıb

Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə ABŞ-ın aparıcı təhsil ocaqlarından biri olan Tafts Universitetinin tanınmış "Cohen" kino zalında "Əli və Nino" filminin təqdimatı keçirilib.

1news.az-a səfirlikdən verilən məlumata görə,  tədbirdə universitetin müəllim və tələbələri, Boston ətrafında yaşayan Azərbaycan icmasının nümayəndələri və Boston sakinləri iştirak ediblər.

Təqdimatda çıxış edən Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya məktəbinin professoru Rokford Veitz Azərbaycanın strateji əhəmiyyətinə toxunub,  "Əli və Nino" kitabının tarixi əhəmiyyətini və bugunki aktuallığını qeyd edib, bu əsərin onda böyük təəssürat yaratdığını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 2018-ci ildə Azərbaycan Xalq Cümhurriyətinin 100 ili tamam olduğu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını qeyd edib. Azərbaycan diplomatı AXR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladıb.

"Əli və Nino" filminin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü olduğunu qeyd edən səfir Süleymanov bu filmin yüksək keyfiyyətini və aktyorların olduqca istedadlı performansını söyləyib, bu əsərin ərsəyə gəlməsində və onun kinemotoqrafiyasında L.Əliyevanın töhfələrini görməyin mümkünlüyünü vurğulayıb.

Daha sonra baş tutmuş filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və böyük emosional təəssürat yaradıb.

Qeyd edək ki,  səfir Süleymanov , həmçinin ABŞ-ın ən məşhur təhsil olacaqlarından biri olan Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin müəllim və tələbə heyəti qarşısında çıxış edib və Azərbaycanın həyata keçirdiyi xarici siyasət, o cümlədən irimiqyaslı regional layihələr, Cənub Qaz Dəhlizi, habelə Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsi və soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti barədə məlumat verib.

P.Sultanova

 

Paylaş:
619

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər