Polşada AXC-nin 100 illik tədbirlər silsiləsinə start verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Polşada AXC-nin 100 illik tədbirlər silsiləsinə start verilib

16:11 - 06 / 02 / 2018
Polşada AXC-nin 100 illik tədbirlər silsiləsinə start verilib

Varşava Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş elmi panel təşkil edilib.

1news.az-a ölkəmizin Polşadakı səfirliyindən verilən məlumata görə, tədbirdə səfir Həsən Həsənov, universitet və fakültə rəhbərliyi, müəllim heyyəti və tələbələr iştirak ediblər.

Paneldə tarix elmləri doktoru səfir Həsən Həsənov, VU Şərqi Avropa Araşdırma Mərkəzinin fəlsəfə elmləri doktoru David Kolbaia, VU Siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin əməkdaşı fəlsəfə elmləri doktoru Pavel Stavaş, Hərbi Akademiyanın təhlükəsizlik fakültəsinin əməkdaşı xanım Malqojata Zavadzka və Azərbaycanşünaslıq tədris proqramının rəhbəri fəlsəfə elmləri doktoru Şəhla Kazımova çıxış ediblər.

Tədbirin ikinci hissəsində Azərbaycan xalq musiqisindən ibarət konsert keçirilib.

P.Sultanova

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər