Alt paltarında heroin tapıldı

Ölkəmizə qanunsuz yolla narkotik maddə keçirilməsinin qarşısı alınıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Qoşa Təpə” Gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, selofana bükülü vəziyyətdə 2 ədəd bükümdə xalis çəkisi 150,764 qram olan narkotik vasitə-heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
735