Bakıda “Radiozavod”da yanğın söndürülüb, ətraf ərazilərə təhlükə yoxdur - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Radiozavod”da yanğın söndürülüb, ətraf ərazilərə təhlükə yoxdur - FOTO - VİDEO - YENİLƏNİB

21:00 - 06 / 02 / 2018
Bakıda “Radiozavod”da yanğın söndürülüb, ətraf ərazilərə təhlükə yoxdur - FOTO - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda "Radioquraşdırma" zavodu ərazisində partlayışla bağlı məlumat yayıb.

1news.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.​

20:13

Bakının Xətai rayonunda yerləşən keçmiş radiozavod ərazisində patlayış olub. Hadisə bu gün axşam saat 19:10 radələrində baş verib.

1news.az BAKU.WS-ə istinadən xəbər verir ki, hazırda həmin istiqamətdə yol bağlanıb, əraziyə xeyli sayda yanğınsöndürən, təcili yardım və patrul maşınları gəlib. Sakinlərin dediyinə gərə, partlayışın təsirtindən yaxınlıqdakı üçmərtəbəli yaşayış evinin içərisindəki əşyalar dağılıb.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur. Hələlik hadisə barədə rəsmi açılqlama verilməyib.

1news.az

Paylaş:
1373

Son xəbərlər

Bütün xəbərlər