Hollandiyanın və Böyük Britaniyanın ən yaxşı universitetlərində təhsil almaq istəyirsiniz? - FOTO

Hollandiya bütün dünyanın əksər abituriyentlərinin arzuladığı bir ölkədir. Bunun bir çox səbəbləri var, amma bu siyahıya holland təhsilinin xüsusiyyətləri başçılıq edir. Bu ölkədə ali təhsil həm dövlət, həm də özəl universitetlərində həyata keçirilir.
Hollandiyadakı dövlət universitetlərinin əksəriyyəti ənənə və təcrübə ilə qurulmuş dünya şöhrətli universitetlərdir. Ölkədə həmçinin, qədim universitetlərlə layiqli rəqabət apara biləcək daha müasir özəl universitetlər var. Əsası 1973-cü ildə qoyulmuş Erasmus Rotterdam Universiteti buna gözəl nümunədir. Mükəmməl təchiz olunmuş, zəngin kitabxanası, müasir laboratoriya və tibbi bazası ilə məşhur olan bu universitet Business Administration, Management, Public Administration, Public Health, Clinical Medicine kimi fənlərin tədrisində birinci yer tutur. Bu onu göstərir ki, Erasmus Rotterdam Universiteti hal-hazırda Hollandiyada tibb və menecment üzrə birinci və ən yaxşı universitetdir.
Mançester Universiteti də bütün dünyada əks-səda verən, təlim və təhsil üzrə nüfuzu olan həqiqi qlobal qurumdur. Mançester Universitetində dünyanın 160 millətindən olan tələbələrin təhsil aldığını nəzərə alaraq, o, öz çoxmillətliliyi ilə fəxr edə bilər. Mançester Universiteti "Russel Group" cəmiyyətinə daxildir. Bundan da belə nəticəyə gəlmək olar ki, universitet öz təlim və təhsilin keyfiyyəti ilə bütün dünyada tanınmaqdadır. Bu cəmiyyətin bir hissəsi olmaq, belə bir ali təhsil müəssisəsinin "divarlarında" təhsil almaq, bütün imkanlardan istifadə edərək parlaq təhsilə yiyələnmək minlərlə abituriyentin arzusudur. Mançester Universitetinin diplomu sizin imkanlar dünyanızın pasportudur. Biz AzeriStudent olaraq sizə bu şansı veririk.
Artıq bu şənbə, 10 fevral tarixində JW Marriot Absheron otelində bu ildə ilk təhsil sərgisi keçiriləcək. Sərgidə qonaqlar bu universitetlər haqqında ətraflı öyrənə bilər, nümayəndələrlə ünsiyyətdə ola və həmçinin, qəbul haqqında məsləhətlər ala bilərlər.
Sərginin iştirakçısı olmaq istəyənlər aşağıdakı link vasitəsilə http://azeristudent.az/events/xaricdə-tehsil-sergisi-fevral-2018/register qeydiyyatdan keçə bilərlər.
Yuxarıda göstərilən universitetlərdən başqa AzeriStudent şirkəti onlarla dünya universitet və institutları ilə əməkdaşlıq edir.
Siz mütləq öz arzular şəhərində ürəyinizcə olan ali təhsil müəssisəsini tapacaqsınız. Yadınızdan çıxartmayın, siz oxuyursunuz, biz isə sizin qayğınıza qalırıq.
Reklam hüququnda