“Azərsu”nun Yasamal və Nəsimi rayon idarələrinin ünvanı dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsu”nun Yasamal və Nəsimi rayon idarələrinin ünvanı dəyişdi

10:56 - 06 / 02 / 2018
“Azərsu”nun Yasamal və Nəsimi rayon idarələrinin ünvanı dəyişdi

Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin diqqətinə çatdırır ki, “Azərsu” ASC-nin Yasamal və Nəsimi rayon sukanal idarələrinin ünvanı dəyişib.

ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, hazırda bu idarələr Bakı şəhəri Moskva prospekti, 73 ünvanında fəaliyyət göstərir.

Bildirilir ki, abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət edə bilərlər.

Əlaqə telefonu: Yasamal Sukanal İdarəsi - 012 533 13 25,

Nəsimi Sukanal İdarəsi - 012 530 53 51, 012 530 44 06

1news.az  

Paylaş:
20466

Son xəbərlər

Bütün xəbərlər