Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yayıb

23:19 - 06 / 02 / 2018
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yayıb

Müdafiə Sənayesi Nazirliyi "Radioquraşdırma" zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, bu gün saat 19:17 radələrində "Üfüq" İstehsalat Birliyinin "Radioquraşdırma" zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
1653

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər