Əlillər üçün xüsusi iş yerləri kvotası yaradılması təklif edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlillər üçün xüsusi iş yerləri kvotası yaradılması təklif edilir

15:10 - 07 / 02 / 2018
Əlillər üçün xüsusi iş yerləri kvotası yaradılması təklif edilir

“Bu gün əlilliyi olan şəxslərin ən ciddi problemlərindən biri onların işə düzəlməsi ilə bağlıdır”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, əlillərin işlə təmin olunması ilə bağlı ya onlar üçün ayrıca məşğulluq kvotası bərpa edilməli, ya da əlillər üçün xüsusi iş yerləri kvotası yaradılmalıdır.

“Bundan başqa, sahibkarlar I qrup əlillər üçün xüsusi iş yerləri yaratmalıdır. Eyni zamanda, əlillərin abilitasiyası (abilitasiya – əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə sərbəst yaşamaq imkanlarının artırılması) ilə bağlı məsələ dəqiqləşməlidir ki, bu proqramı kim və necə həyata keçirəcək. Mən istəyirəm ki, bu qanun deklarativ yox, işlək bir qanun olsun,” – deyə M. Quliyev bildirib.

1news.az

Paylaş:
1257

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər