Məşhur həkimdən dəhşətli açıqlama: Çörək yeməyi tərgitməliyik | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur həkimdən dəhşətli açıqlama: Çörək yeməyi tərgitməliyik

12:40 - 07 / 02 / 2018
Məşhur həkimdən dəhşətli açıqlama: Çörək yeməyi tərgitməliyik

Müasir çörəklər – ən bahalısından tutmuş adi zavod çörəyinə kimi yeni maya ilə hazırlanır.

Bu mayadan hazırlanmış çörəyi yedikdə, o bizim qanımıza keçərək, çoxalmağa başlayır və bizim vitamin, mineral, zülal ehtiyatımızı dağıdır. Əvəzinə isə öz toksinlərini qanımıza buraxır.

1news.az-ın medicina.az-a istinadla verdiyi xəbərə görə, bu sözləri Rusiyanın məşhur həkimi, tibb elmləri namizədi Viktor Xruşev deyib. O, artıq özü də gündəlik menyusundan çörəyi çıxarıb.

"Maya orqanizmə parazit kimi hücum edir. Maya çörəyin içində bişəndə yapışqan kimi kapsulaya çevrilir. Bu kapsullar bağırsaqda açılır və bağırsağın selikli qişasına yapışır. Nəinki bağırsaqda, həmçinin qanın plazmasında yaşayaraq, sürətlə sərbəst çoxalırlar. Nəticədə müxtəlif toksiki zəhərlənmələr, göbələk xəstəlikləri, immunitet zəifləməsi, xroniki xəstəliklər yayılır. Əgər indi mayalı xəmir yeməyi tərgitsək, yalnız 5 ildən sonra qanın plazmasındakı maya təmizlənə bilər.

Ötən əsrin 40-cı illərinə kimi çörəkdə tamam başqa maya istifadə olunurdu. Ona görə müharibə və aclıq dövrünün insanları çətin şəraitə baxmayaraq daha sağlam və uzun ömürlü idilər. Həkim nədir bilməzdilər. O mayanı "xmelevim” adlandırırdılar. O, insanın simbiotik mikrflorasını dağıtmırdı, faydalı bakteriyaları öldürmürdü, xəmir bu mayada 1 sutkaya gəlirdi.

Sonrakı illərdə çörək istehsalı artdığından istehsal prosesini asanlaşdırmaq üçün termofil maya icad olundu ki, bu mayada xəmir 1 saata gəlir.

Bu maya insanın simbiotik mikroflorasını dağıdır, yoğun bağırsaqda faydalı bakteriyaları öldürür, bununla da vitamin, amin turşuları, bioloji aktiv maddələrin sintezi zəifləyir. Mayadan 500 növ göbələk yaranır ki, onun 30-u insan üçün ölümcüldür.

Hazırda dünyada 80% böyüklər, 95% uşaqlar arasında göbələk xəstəlikləri artıb. Bu xəstəlikləri müasir aptek dərmanları da sağalda bilmir.

QOST təlimatına görə çörəkbişirmə müəssisələrində istifadə olunan presslənmiş mayanın hazırlanması üçün aşağıdakı materiallar istifadə olunur:

-Pivə istehsalında istifadə olunan solod

-Kartof nişastası

-Duz

-Ammiak

-Ammoniy

-Fosfomin

-Kaliy

-Karbamid

-Maqniy

-Süd turşusu

-Tiamin bromid

-Biotin

-Köpük verici maddə

-Plastifikator

-Formalin

-Emulqator

-Poliqliserin efiri

-Soda

-Bor turşusu

-Hidrogen peroksid

-Pambıq və tənzif

Bütün bunlar maya yetişdirilməsi üçün lazım olan maddələr, kimyəvi mühitdir. Maya isə göbələkdir.

Uşaqlarda körpəlikdən baş qaldıran immunitet zəifliyi, allergik xəstəliklər, mədə-bağırsaq pozulmalarının səbəbini çox yerdə axtarırsız, amma masanın üzərində olan çörəyi görmürsüz.

S.Xankişiyeva

Paylaş:
1321

Son xəbərlər

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb25 / 09 / 2024, 17:47Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub25 / 09 / 2024, 17:31Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaq25 / 09 / 2024, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşır25 / 09 / 2024, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib25 / 09 / 2024, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladı25 / 09 / 2024, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdi25 / 09 / 2024, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub25 / 09 / 2024, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıb25 / 09 / 2024, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb25 / 09 / 2024, 15:46Suveren Azərbaycanın yeni Parlamenti25 / 09 / 2024, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTO25 / 09 / 2024, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib25 / 09 / 2024, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTO25 / 09 / 2024, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb25 / 09 / 2024, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcək25 / 09 / 2024, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıb25 / 09 / 2024, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib25 / 09 / 2024, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıb25 / 09 / 2024, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilib25 / 09 / 2024, 13:33
Bütün xəbərlər