Siqaret qutusundan heroin çıxdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Siqaret qutusundan heroin çıxdı

21:13 - 09 / 02 / 2018
Siqaret qutusundan heroin çıxdı

Siqaret qutusunda narkotik maddə gizlədən şəxs saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikası vətəndaşına məxsus 1 ədəd “West” markalı siqaret qutusuna baxış keçirilib.

Yoxlama zamanı siqaret qutusunun içərisindəki bükülü vəziyyətdə olan falqalı kağızın alt hissəsində gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümlərdə, ümumi xalis çəkisi 0,312 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər