Azərbaycan Katolik Kilsəsinin ordinarisinin yepiskop rütbəsinə yüksəldilməsi ilə əlaqədar mərasim keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Katolik Kilsəsinin ordinarisinin yepiskop rütbəsinə yüksəldilməsi ilə əlaqədar mərasim keçirilib – FOTO

20:00 - 11 / 02 / 2018
Azərbaycan Katolik Kilsəsinin ordinarisinin yepiskop rütbəsinə yüksəldilməsi ilə əlaqədar mərasim keçirilib – FOTO

Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsi ilə əlaqədar fevralın 11-də Bakıda təqdisetmə mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, təqdisetmə mərasimini ölkəmizdə səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager Müqəddəs Məryəm katolik kilsəsində yerinə yetirib.

Mərasimdə din xadimləri, ölkəmizdəki müxtəlif konfessiyaların rəhbərləri və təmsilçiləri, ictimaiyyətin nümayəndələri, səfirlər iştirak ediblər.

Paul Riçard Gallager bildirib ki, Vladimir Feketenin yepiskop rütbəsinə layiq görülməsi çox sevindirici hadisədir və onun Azərbaycanda dinlərarası münasibətlərin inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən qiymətdir. Bu, həmçinin Müqəddəs Atanın Azərbaycandakı katolik icmasına və bu ölkə ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisidir.

Xatırladaq ki, Vladimir Fekete 2009-cu ildə Bakıda katolik kilsəsinə baş keşiş təyin edilib. 2011-ci ildən Apostol Prefekturasının prefekti vəzifəsində çalışır.

S.Xankişiyeva

Paylaş:
535

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər