Təcavüzə uğrayan şagird məktəbdən uzaqlaşdırılmayıb – TƏKZİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Təcavüzə uğrayan şagird məktəbdən uzaqlaşdırılmayıb – TƏKZİB

13:51 - 12 / 02 / 2018
Təcavüzə uğrayan şagird məktəbdən uzaqlaşdırılmayıb – TƏKZİB

Bakı məktəblərinin birində adı xoşagəlməz hadisədə hallanan şagirdlərin məktəbdən uzaqlaşdırılması barədə xəbərin heç bir əsası yoxdur.

1news.az xəbər verir ki, bu bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

“Son günlərdə sosial şəbəkələrdə yanlış olaraq belə xəbərlər yayılır ki, Bakı şəhərinin məktəblərinin birində baş verən məlum hadisədən sonra şagirdlər məktəbdən uzaqlaşdırılıb. Ancaq bu məlumatın heç bir əsası yoxdur. Belə ki, valideyn məktəb rəhbərliyi ilə birgə övladının digər ümumtəhsil müəssisəsində təhsilini davam etdirməsi üçün qərar qəbul edib. Hazırda şagirdə psixoloji yardım göstərilir. 

Bir daha kütləvi informasiya vasitələrində çalışan həmkarlardan,sosial şəbəkələrdə rəy bölüşən dostlardan xahişim budur ki, şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq məsələyə həssas yanaşsınlar”- deyə, nazirlik rəsmisi qeyd edib.

Mövzu ilə əlaqədar:

Nazirlikdən məktəbdəki seks qalmaqalı ilə bağlı AÇIQLAMA

Bakı məktəbində seks qalmaqalının günahkarı həbs edilib

Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğrayıb

1news.az

 

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər