“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib - FOTO

19:45 - 12 / 02 / 2018
“Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib - FOTO

Fevralın 12-də Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) birgə təşkil etdiyi və BMT-nin 2015-ci il qərarı ilə təsis edilmiş 11 fevral - “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib.

1news.az-ın məlumatına görə, konfransın keçirilməsində əsas məqsəd qadın və qızların elmi araşdırmalara cəlb edilməsi prosesində mühüm dəyişikliklərin, elm, texnologiya və innovasiyalarda gender bərabərsizliklərinin səbəblərini müəyyən etməyin, qadınların və qızların elmi tədqiqatlara cəlb edilməsi üçün fəaliyyət proqramlarının təşkilini təmin etməkdən ibarət olub. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda keçirilib.

Konfransı giriş sözü ilə açan RUGİM-in direktoru Firuzə Sultan-zadə çıxış edərək ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verib. O qeyd edib ki, ölkənin elm və təhsil tarixində xüsusi yeri olan alim-oftalmoloq akademik Zərifə Əliyeva, görkəmli şərqşünas professor Aida İmanquliyeva, əməkdar elm xadimi,  kimya elmləri doktoru, akademik Rəfiqə Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva  kimi xanımlar yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıb.

Konfransda çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədə olan vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıb. O, son illərdə Fondun qrant müsabiqələrində layihələrlə iştirak edərək qalib olan qadın alimlərin, xüsusilə  də gənc qadın alimlərin sayının davamlı olaraq artdığını vurğulayıb, qadınlar və qızların elmi fəaliyyətinin dəstəklənməsi üçün səylərin hər zaman davam etdiriləcəyini qeyd edib.

Daha sonra konfransla bağlı - “Qadınlar və Qızlar Elmdə” adlı videoçarx nümayiş etdirilib.

Konfransda qızlar arasında fəallığı ilə seçilən RUGİM-in 50 məktəbli gənc tədqiqatçısı iştirak edib. Elmin inkişafı yolunda fərqlənən iştirakçılar Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun diplomu ilə təltif olunub.

1news.az

Paylaş:
601

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər