Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

19:53 - 12 / 02 / 2018
Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulunun vaxtı fevralın 13-ü saat 12:00-dək uzadılır.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar həmin tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.

Fevralın 12-si saat 17:55-ə olan məlumata əsasən, 12 min 260 bakalavr ərizə doldurub və onlardan 11 min 731-i öz ərizəsini təsdiq edib.

Namizədlərin nəzərinə çatdırılır ki, elektron ərizələrin Sənəd Qəbulu Komissiyası fevralın 13-ü saat 12:00-dək Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında fəaliyyət göstərəcək.

1news.az

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər