Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
20-23 fevral 2018-ci il tarixdə Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından 1news.az-a verilən məlumata görə, çempionatın keçirilməsi yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmə və gənclərdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarət olub. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə Region birinciliyi uğrunda yarışlar keçirilib. Nümayəndəliklər üzrə keçirilən seçim yarışlarında ümumilikdə 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb və ayrılmış saya uyğun olaraq Azərbaycan çempionatında iştiraka vəsiqələr qazanılıb.
Çempionatın proqramına əsasən, 20-21 fevralda yeniyetmələr, 22-23 fevralda isə gənclər arasında yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək. Yeniyetmələrin yarışında 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak edə bilər.
Çempionatda ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.
Proqram
19 fevral
Saat 14:00-15:00 - Hakimlərin iclası
Saat 15:00-15:30 - Komanda nümayəndələrinin iştirakı ilə texniki konfrans
Saat 15:30-16:30 - Yunan-Roma güləşi üzrə yeniyetmə güləşçilərin püşkatma mərasimi - 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq
20 fevral
Saat 8:30-9:00 - Yunan-Roma güləşi üzrə yeniyetmə güləşçilərin çəki və həkim nəzarəti
Saat 10:30-16:00 - Yunan-Roma güləşi üzrə ilkin görüşlər - 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq
Saat 16:00-17:00 - Sərbəst güləş üzrə yeniyetmə güləşçilərin püşkatma mərasimi - 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq
Saat 17:00-17:30 - Yarışların açılış mərasimi
Saat 17:30-20:00 - Yunan-Roma güləşi üzrə yeniyetmə güləşçilərin final görüşləri - 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq
21 fevral
Saat 8:30-9:00 - Sərbəst güləş üzrə yeniyetmə güləşçilərin çəki və həkim nəzarəti
Saat 10:30-17:00 - Sərbəst güləş üzrə ilkin görüşlər - 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq
Saat 16:00-16:30 - Yunan-Roma güləşi üzrə gənc güləşçilərin püşkatma mərasimi - 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq
Saat 17:00-19:30 - Sərbəst güləş üzrə yeniyetmə güləşçilərin final görüşləri - 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq
22 fevral
Saat 8:30-9:00 - Yunan-Roma güləşi üzrə gənc güləşçilərin çəki və həkim nəzarəti
Saat 10:30-17:00 - Yunan-Roma güləşi üzrə ilkin görüşlər - 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq
Saat 16:00-16:30 - Sərbəst güləş üzrə gənc güləşçilərin püşkatma mərasimi - 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq
Saat 17:00-19:30 - Yunan-Roma güləşi üzrə gənc güləşçilərin final görüşləri - 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq
23 fevral
Saat 8:30-9:00 - Sərbəst güləş üzrə gənc güləşçilərin çəki və həkim nəzarəti
Saat 10:30-17:00 - Sərbəst güləş üzrə ilkin görüşlər - 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq
Saat 17:00-19:30 - Sərbəst güləş üzrə gənc güləşçilərin final görüşləri - 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq.
1news.az