Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildi - VİDEO

23:42 - 13 / 02 / 2018
Rusiya klubunun futbolçusu kağız pulla burnunu sildi - VİDEO

Rusiyanın “Tosno” klubunun futbolçusu Stanislav Manayev azarkeşlərin qəzəbinə tuş gəlib.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb 19 yaşlı yarımmüdafiəçinin komanda ilə birgə uçuş zamanı 5 min manatlıq kağız pulla burnunu silməsi və bu davranışının videosunu “Instagram” səhifəsində paylaşmasıdır.

Eyni zamanda sosial şəbəkə istifadəçiləri Manayevi həmin görüntüyə “Bu pulu ehtiyacı olanlarla verə bilərdim, amma verməyəcəyəm, çünki qripəm” formasında şərh yazmasına görə də qınayıblar. Habelə onun üzr istəməsini tələb ediblər.

Futbolçu isə videonu silib və pulun saxta olduğunu bildirib.

Qeyd edək ki, Manayev “Tosno”nun əsas heyətində oyun keçirməyib. O, əvəzedici komanda ilə 18 qarşılaşmada iştirak edib və 1 qol vurub.

1news.az

Paylaş:
910

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər