Bioloqlar Yer kürəsinin ən sürətli heyvanının adını açıqlayıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bioloqlar Yer kürəsinin ən sürətli heyvanının adını açıqlayıblar

22:56 - 13 / 02 / 2018
Bioloqlar Yer kürəsinin ən sürətli heyvanının adını açıqlayıblar

Yer kürəsinin ən sürətli, cəld və dəqiq canlı varlıqları saniyənin səkkizdə bir hissəsi ərzində 360 dərəcə fırlanmaq və qurbanına dəqiq zərbə endirmək bacarıqlarına malik olan hörümçək-krablar hesab olunublar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, alimlər bütün hörümçəklərin ov torlarından istifadə etmədiyini, təxminən onların yarısının qurbanını güdərək və ona tullanaraq tutmağa çalışdığını, digərlərinin isə hörümçək-krablar kimi qurbanlarına pusqudan hücum etdiklərini bildiriblər. Elm adamları bu hörümçəklərin belə fəndləri necə etdiklərini araşdırdıqlarını qeyd ediblər.

Bir qayda olaraq, Yer kürəsinin ən güclü, itigözlü və sürətli varlıqları, ölçülərindəki fərqləri nəzərə alınmaqla məməlilər və ya digər onurğalılar deyil, həşəratlar və başqa onurğasızlardır. Kaliforniyalı bioloqlar aydınlaşdırıblar ki, Cənubi və Şərqi Asiya ölkələrində evlərdə və meşələrdə yaşayan adi hörümçək-krablar heyvanlar aləminin belə “super qəhrəmanları”nın siyahısına daxildirlər. Onlar yüksəksürətli kameranın köməyi ilə bu buğumayaqlı varlıqların həşəratları necə tutduqlarını müşahidə edərək belə nəticəyə gəliblər.

Həmin hörümçəklər öz hərəkət tərzinə görə qeyri-adidir – onlar dəniz xərçəngləri kimi yan tərəflərə və arxaya gedə bilərlər və inanılmaz dərəcədə yüksək çevikliyə malikdirlər. Belə ki, əgər onlar açıq divarda və ya tavanda olsa belə, demək olar ki, onları tutmaq mümkün deyil.

Tədqiqat zamanı məlum olub ki, bu hörümçəklər unikal qabiliyyətə malikdirlər – onlar təxminən bütün bu mürəkkəb əməliyyatları 0,12 saniyə ərzində icra edərək praktik olaraq bir anda dönə, qurbanı tuta və ona öz köpək dişlərini batıra bilərlər. Tədqiqatların nəticəsinə əsasən, onlar belə manevri ayaqlarının unikal anatomiyasının və onların işini idarə edən davranışın qeyri-adi proqramının sayəsində edə bilər.

Həmin hörümçəklərdə qurbana ən yaxın ayaq xüsusi lövbər və vasitə rolunu oynayır. Hörümçək öz bədənini qaldırmaq və onu gələcək nahara tərəf atmaq üçün həmin ayaqdan istifadə edir. Bədənin əks tərəfindəki ayaqlar onu torpaqdan uzaqlaşdırır, fırlanma anı yaradır, sonra isə bükülürlər.

Bioloqların qeyd etdiyi kimi, bu üsul hörümçəyə 40 faiz daha sürətlə dönməyə və qurbanın bədəninə dəqiq zərbəni vurmağa imkan yaradır.

Alimlər vurğulayıblar ki, bu tullanma tamamilə “avtomatik” və reflektor deyil – hörümçək qurbanın harada olduğunu bilir, ona qaçmağa imkan verməmək və dəqiq zərbə endirmək üçün dönmənin və tullanmanın gücünü hesablayır.

Bioloqlar ümid edirlər ki, onların bacarığının sirləri real hörümçəklər kimi məharətlə və cəld hərəkət etmək qabiliyyətinə malik robotlar yaratmağa kömək edəcəklər.

1news.az

Paylaş:
632

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər