“Yuventus” “Tottenhem”ə qarşı, “Bazel” möcüzə axtarışında | 1news.az | Xəbərlər
Futbol

“Yuventus” “Tottenhem”ə qarşı, “Bazel” möcüzə axtarışında

11:45 - 13 / 02 / 2018
“Yuventus” “Tottenhem”ə qarşı, “Bazel” möcüzə axtarışında

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinə start veriləcək.

1news.az-ın məlumatına görə, bu gün azarkeşlər iki oyuna şahidlik edəcəklər. Günün ən çox maraqla gözlənilən qarşılaşması isə Turində baş tutacaq. Belə ki, ÇL-in son finalçısı “Yuventus” İngiltərə Premyer Liqasının iddialı komandalarından olan “Tottenhem”i qonaq edəcək.

Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşəcək qarşılaşmanın gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.

Günün digər qarşılaşmasında isə İsveçrənin “Bazel” klubu Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edəcək.

“Şəhərlilər” cütün favoriti göstərilsə də, İsveçrə təmsilçisinin asan təslim olmayacağı şübhəsizdir. “Bazel”in “Mançester Siti”ni məğlub etməsi isə əsl möcüzə olardı.

 

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

13 fevral

23:45. “Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə)

Baş hakim: Feliks Brix (Almaniya)

“Yuventus” stadionu, Turin

 

23:45. “Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Yonas Eriksson (İsveç)

“Sankt-Yakob Park”, Bazel

 

1news.az

Paylaş:
647

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər