Bakıda nişanlısı tərəfindən zorlanaraq hamilə qalan 16 yaşlı qızla bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda nişanlısı tərəfindən zorlanaraq hamilə qalan 16 yaşlı qızla bağlı araşdırma aparılır

15:54 - 14 / 02 / 2018
Bakıda nişanlısı tərəfindən zorlanaraq hamilə qalan 16 yaşlı qızla bağlı araşdırma aparılır

“16 yaşa çatmış bir qızın zorlanma faktı cinayətdir. 18 yaşdan sonra da bu cinayət hesab olunur”.

1news.az xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında hüquq müdafiəçisi, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə 16 yaşlı qızın nişanlısı tərəfindən zorlandıqdan sonra hamilə qalması xəbərinə münaibət bildirərkən deyib. Onun sözlərinə görə, bu yaş həddinə çatmamış vətəndaşla zorla cinsi əlaqəyə girmək 150.3 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunur. Lakin, bu məsələdə qızın şikayət verib verməməsi də əsas məqamdır. Bəzən barışıq elan edirlər, könüllülük əsasında məsələ həll olunur:

“Amma ən azından şikayət verilməlidir, hamilə qalıbsa bu təsdiqini tapmalıdır. İstintaq başlayıb və fakt tam sübuta yetirlmədiyinə görə həmin şəxs hələ də azadlıqdadır. Hazırda hadisə ilə bağlı ilkin ibtidai təhqiqat aparılır”.

Hüquq müdafiəçisi əlavə edib ki, qız könüllü olaraq da nişanlısı ilə əlaqəyə girə bilər və qarşı tərəfin də bununla bağlı müyyən sübutları ola bilər:

“Bu məsələ həssas mövzudur. Lakin hər bir halda burada cinsi zorakılıqdan söhbət gedir. Məsuliyyəti çox ağırdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, Bakıda 16 yaşlı qızın nişanlısı tərəfindən zorlanması hadisəsi Komitə tərəfindən nəzarətə götürülüb:

“Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonunda nişanlısı tərəfindən zorlanan 16 yaşlı qızla bağlı araşdırma aparır. Hadisə ilə bağlı yayılmış məlumat təsdiqini tapdıqdan sonra əlavə məlumat veriləcək”.

Qeyd edək ki, fevralın 11-də Suraxanı qəsəbə sakini, 40 yaşlı A.Q. polisə müraciət edərək bildirib ki, yeni il gecəsi (31 dekabr 2017) onun 2002-ci il təvəllüdlü qızı evlərinə qonaq gəlmiş nişanlısı – 1996-cı il təvəllüdlü Gürcüstan vətəndaşı M.Q. tərəfindən zorlanıb.

Zorlamazdan əvvəl gəncin nişanlısına psixotrop maddə verdiyi bildirilir. Hadisənin üstü bir ay yarım sonra qızın hamilə qaldığı məlum olduqdan sonra açılıb.

Hələlik fakt üzrə heç kim saxlanılmayıb, 31 saylı polis bölməsi fakt üzrə araşdırma aparır.

1news.az

Paylaş:
815

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər