Həcc ziyarətində ölən zəvvarın ailəsinə kompensasiya ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Həcc ziyarətində ölən zəvvarın ailəsinə kompensasiya ödəniləcək

16:43 - 14 / 02 / 2018
Həcc ziyarətində ölən zəvvarın ailəsinə kompensasiya ödəniləcək

Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də, səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.

Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla, ziyarət bitdikdən sonra iki aydan çox olmamaq şərtilə, müalicə üçün iki min manatadək maddi yardım ediləcək.

Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir.

S.Xankişiyeva

Paylaş:
505

Son xəbərlər

Müdafiə Nazirliyi və Çinin dövlət şirkətinin rəhbərliyi arasında görüş keçirilib26 / 09 / 2024, 17:46Səhiyyə Nazirliyində Qlobal Fondun nümayəndələri ilə vərəmə dair vəziyyət müzakirə olunub26 / 09 / 2024, 17:45Leysan xarakterli yağış yağır - Faktiki hava26 / 09 / 2024, 17:39“Azerconnect Group” Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransa dəstək oldu26 / 09 / 2024, 17:24İcma: Şotlandiya Parlamentinin deputatının təqdim etdiyi sənədi qətiyyətlə pisləyirik26 / 09 / 2024, 17:16Türkiyə Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yaydı26 / 09 / 2024, 17:10Gələn ilin büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim edilib26 / 09 / 2024, 17:00Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq26 / 09 / 2024, 16:56DİM taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat elan edib26 / 09 / 2024, 16:358 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb26 / 09 / 2024, 16:20Qeyri-sabit hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ26 / 09 / 2024, 15:58“Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib”26 / 09 / 2024, 15:56İlham Əliyev: Nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin26 / 09 / 2024, 15:51AYNA taksi dayanacaqlarının təşkil edilməsi ilə bağlı layihə hazırlayıb26 / 09 / 2024, 15:45Prezident: İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir26 / 09 / 2024, 15:40Birinci Qarabağ müharibəsinin şəhidi Vaqif Alıyev Gəncədə dəfn edilib - FOTO26 / 09 / 2024, 15:39İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev müşavirədə çıxış edib - FOTO26 / 09 / 2024, 15:33Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanılıb26 / 09 / 2024, 15:29Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO26 / 09 / 2024, 15:28Sahibkarlar arasında keçirilən nüfuzlu “EY İlin İş Adamı” müsabiqəsində iştirak üçün ərizə qəbulu başlayır26 / 09 / 2024, 15:03
Bütün xəbərlər