Cüdoçularımız açıq Avropa Kuboku yarışlarında güclərini sınayacaqlar | 1news.az | Xəbərlər
İdman

Cüdoçularımız açıq Avropa Kuboku yarışlarında güclərini sınayacaqlar

20:41 - 15 / 02 / 2018
Cüdoçularımız açıq Avropa Kuboku yarışlarında güclərini sınayacaqlar

Fevralın 17-18-də Avstriyanın Obervart şəhərində cüdo üzrə açıq Avropa kuboku yarışları keçiriləcək.

1news.az-ın məlumatına görə, turnirdə ölkəmizi Mehman Sadıqov, Tofiq Məmmədov, Kəramət Hüseynov, Sadiq Məhərrəmov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi 73 kq), Afiq Səfərli, Coşqun Abdullayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Qurban Qurbanov (hamısı 90 kq), Zelim Koçev, Adil Kərimli (hər ikisi 100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qeyd edək ki, açıq Avropa kuboku yarışlarında 40 ölkədən 323 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

1news.az

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər