Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək | 1news.az | Xəbərlər
Futbol

Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək

19:51 - 16 / 02 / 2018
Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək

“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək.

1news.az klubun saytına istinadən xəbər verir ki, “Neftçi” PFK 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunacaq yarışda “Keşlə” və “Rəvan” ilə eyni qrupda mübarizə aparacaq.

6 komandadan ibarət turnirin digər qrupunda “Qarabağ”, “Vətən RİOEUGFM” və BİFM klubları yer alacaqlar. Fevralın 18-də keçiriləcək oyunlardan sonra qrupda 1-ci yeri tutanlar çempionluq uğrunda final matçında qarşılaşacaqlar.

Qrupda ikinci olanlar 3-cü, sonuncu yeri tutanlar isə 5-ci yer uğrunda oyuna çıxacaqlar.

1news.az

Paylaş:
708

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər