Avropa Liqası: “Arsenal” və “Milan”dan darmadağın, “Napoli” evdə “3” aldı
Avropa Liqasında 1/16 final həyəcanı davam edir.
1news.az-ın məlumatına görə, mərhələnin ilk oyunları çərçivəsində azarkeşlər 15 görüşə şahidlik ediblər.
Kuboku qazanmağa əsas namizədlərdən olan “Arsenal”la “Milan” gözlənildiyi kimi qələbə qazanıblar. İngilislər səfərdə “Ostersund”u, İtaliya təmsilçisi isə “Ludoqorets”i darmadağın edib.
Dortmund "Borussiya"sı öz meydanında "Atalanta" ilə üz-üzə gəlib Almanlar çətin qələbə qazanıblar. "Lion" - "Vilyarreal" matçında da meydan sahibləri seviniblər.
Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqlı olub. Madridlilər səfərdə qalib gəliblər. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalılarla qrupda keçirdiyi hər iki görüşdə heç-heçəyə (0:0, 1:1) imza atmışdı.
Qeyd edək ki, bu mərhələnin bir görüşü fevralın 13-də keçirilib. "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) matçı qolsuz bərabərliklə nəticələnib.
Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
15 fevral
"Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya) - 1:3
Qollar: Tomasov, 7 - Fernandez, 47, Martins, 50, Dumbia, 56
"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) - 3:2
Qollar: Şürrle, 31, Batçuay, 65, 90+1 - İliçiç, 51, 56
"Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) - 0:3
Qollar: Kutron, 45, Rodrigez, 62, Borini, 90+2
"Marsel" (Fransa) - "Braqa" (Portuqaliya) - 3:0
Qollar: Cermeyn, 4, 69, Tauvin, 74
"Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya) - 2:3
Qollar: Balotelli, 4, 28 - Fernandez, 45, 69, 77
"Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Monreal, 13, Uellbek, 24, Məsut, 58
"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya) - 2:2
Qollar: Odriozolo, 57, Yanuzay, 80 - Oyarzabal, 27 (avtoqol), Minamino, 90+4
"Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya) - 1:3
Qollar: Adriano, 60 - Aduriz, 22, 39, Riko, 45+1
AEK (Yunanıstan) - "Dinamo" (Ukrayna) - 1:1
Qollar: Ajdareviç, 80 - Tsiqankov, 19
"Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya) - 1:0
Qol: Makqreqor, 78
"Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya) - 1:4
Qollar: Fişer, 15 - Nigez, 21, Qameyro, 27, Qrizman, 71, Vitolo, 77
"Styaua" (Rumıniya) - "Latsio" (İtaliya) - 1:0
Qol: Qnore, 29
"Lion" (Fransa) - "Vilyarreal" (İspaniya) - 3:1
Qollar: Ndombele, 46, Fekir, 49, Depay, 82 - Fornals, 63
"Napoli" (İtaliya) - "Leypziq" (Almaniya) - 1:3
Qollar: Ounas, 52 - Verner, 61, 90+3, Bruma, 74
"Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya) - 1:1
Qollar: Tavamba, 58 - Reznik, 81.
1news.az