ŞOK: Azərbaycanda süni yumurta satılır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ŞOK: Azərbaycanda süni yumurta satılır – VİDEO

10:30 - 16 / 02 / 2018
ŞOK: Azərbaycanda süni yumurta satılır – VİDEO

Azərbaycanda vətəndaşın evə bazarlıq zamanı aldığı yumurtaların saxta olduğu üzə çıxıb.

Hacıqabul quşçuluq fabrikinin istehsalı olduğu deyilən yumurtanı qaynadan zaman onun içərisində kimyəvi maddələrin olması faktı aşkarlanıb. Belə ki, yumurta qaynadılan zaman içərisindəki kauçuka bənzər maddə əriyib daşaraq, qaz sobasının üzərinə tökülüb. Həmin maddə az müddətdə bərkiyib.

Bu halla üzləşən xanım faktla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin "qaynar xətti"nə, Daxili İşlər Nazirliyinin (DİN) "102” xidməti-zəng mərkəzinə müraciət edib.

S.Xankişiyeva

Paylaş:
1591

Son xəbərlər

Bütün xəbərlər