Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 110 m2 olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsində yerləşən mətbəxin taxta konstruksiyalardan ibarət tavanı və dam örtüyü 10 m2 sahəsində yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
1news.az
771