Hərbi hissələrdə görüşlər keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi hissələrdə görüşlər keçirilib – FOTO

14:18 - 19 / 02 / 2018
Hərbi hissələrdə görüşlər keçirilib – FOTO

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən hərbi hissələrdə bir sıra görüşlər təşkil olunub.

1news.az-ın məlumatına görə, görüşlərin təşkilində məqsəd Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınmasıdır.

Cəbhə bölgəsində yerləşən bölmələrdə keçirilən görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər həyata keçirilir, eləcə də müxtəlif mövzularda mühazirələr təqdim edilir.

1news.az

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər