Bank soyacağı zarafatı baha başa gəldi - VİDEO

Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənovun sosial şəbəkədə etdiyi zarafat onun polis tərəfindən saxlanılmasına səbəb olub.
1news.az NTV kanalına istinadla xəbər verir ki, o, bankdan oğurluq edəcəyi barədə video hazırlayıb və 4,5 milyon izləyicisi olan instaqram səhifəsində yerləşdirib.
Bundan sonra isə polislər onun mənzilinə gələrək axtarış aparıblar. Hüseyn və başqa bir nəfər polis şöbəsində dindirilib.
Bloqqer cinayət haqqında yalan informasiya yaymaqda ittiham olunur.
662