Növbəti İspaniya – İngiltərə dueli, “Şaxtyor” “Roma”ya qarşı – ANONS | 1news.az | Xəbərlər
Futbol

Növbəti İspaniya – İngiltərə dueli, “Şaxtyor” “Roma”ya qarşı – ANONS

16:16 - 21 / 02 / 2018
Növbəti İspaniya – İngiltərə dueli, “Şaxtyor” “Roma”ya qarşı – ANONS

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son cütlüklər meydana çıxacaq.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, bu dəfə diqqətlər İspaniya və Ukraynaya yönələcək.

“Sevilya” ilə “Mançester Yunayted” arasındakı qarşılaşmaya maraq daha böyükdü. Bu, eyni zamanda “Çelsi” – “Barselona” cütlüyündən sonra 1/8 finalda ikinci ingilis-ispan dueli olacaq. Premyer Liqada çempionluqdan xeyli uzaq düşsə də, “qırmızı şeytanlar”ın mövsümü ikinci pillədə başa vurmaq şansı olduqca yüksəkdi. Əndəlüs klubu isə son 3 matçda qalib gəlməsinə baxmayaraq, La Liqada ÇL-ə vəsiqə verən ilk “dördlük”dən kənarda qala bilər.

İspanlardan fərqli, ingilislər heyətlə bağlı ciddi problem yaşayırlar. Belə ki, Maruan Fellaini, Zlatan İbrahimoviç, Fil Cons və Markos Roxo kimi oyunçular zədə ucbatından bugünkü görüşü buraxacaqlar. Meydan sahiblərində isə yalnız Ever Baneqanın yoxluğunu vurğulamaq olar.

Mərhələnin digər görüşü Xarkovda baş tutacaq. “Qarabağ”ın yer aldığı C qrupunu zirvədə tamamlayan “Roma” “Şaxtyor”un qonağı olacaq. Qrupda “Napoli”ni geridə qoyan Paulo Fonsekanın yetirmələri növbəti sensasiyaya imza ataraq, İtaliyanın digər təmsilçisini mübarizədən kənarlaşdırmağa çalışacaq. A seriyasında çempionluqdan əli üzülən “canavarlar” isə bunu Çempionlar Liqasında 1/4 finala adlamaqla unutdurmaq niyyətindədi.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi (ilk oyunlar)

 

21 fevral

23:45. “Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)

"Ramon Sançes Pisxuan" stadionu, Sevilya

 

23:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Roma” (İtaliya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

“Metallist” stadionu, Xarkov

 

1news.az

Paylaş:
867

Son xəbərlər

Bütün xəbərlər