Azərbaycan Olimpiadada mübarizəni dayandırdı | 1news.az | Xəbərlər
İdman

Azərbaycan Olimpiadada mübarizəni dayandırdı

09:40 - 22 / 02 / 2018
Azərbaycan Olimpiadada mübarizəni dayandırdı

Azərbaycan 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.

1news.az-ın APAsport-a istinadla verdiyi xəbərə görə,bu gün yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında bacarığını nümayiş etdirib.

106 idmançının qatıldığı mübarizədə 68-ci sıra nömrəsi ilə qüvvəsini sınayan avstriyalı legioner Soçi-2014-də olduğu kimi bu dəfə də finişə çata bilməyib. İlk cəhddə uğursuz çıxış edən Braxner mükafatçıların müəyyənləşəcəyi ikinci yürüşə qatılmayacaq.

S.Xankişiyeva

 

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər