İspaniyada səssizlik, “Şaxtyor”dan əzmkar qələbə - VİDEO
Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
1news.az-ın məlumatına görə, azarkeşlər bir gün əvvəl olduğu kimi yenə də İspaniya və İngiltərə komandalarının duelinə şahidlik ediblər. Belə ki, “Çelsi” – “Barselona” cütlüyünün oyunundan sonra bu dəfə “Sevilya” doğma arenada “Mançester Yunayted”i qonaq edib.
Tərəflərin bütün cəhdlərinə baxmayaraq görüşdə hesab açılmayıb.
Günün digər qarşılaşmasında isə “Şaxtyor”la “Roma” üz-üzə gəlib. Oyunda hesabı qonaqlar açıb. Türk futbolçu Cengiz Ünder Çempionlar Liqasında ilk qolunu vurub.
Lakin ikinci hissədə Ferreyra və Fredin qolları ilə üstünlük qazanan “Şaxtyor” əzmkar qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi (ilk oyunlar)
21 fevral
“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:0
Baş hakim: Klemen Turpin (Fransa)
“Ramon Sançes Pisxuan” stadionu, Sevilya
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Roma” (İtaliya) - 2:1
Qollar: Ferreyra, 52, Fred, 71 - Cengiz Ünder, 41
Baş hakim: Villiam Kollum (Şotlandiya)
“Metallist” stadionu, Xarkov
1news.az