Futbol üzrə İtaliya millisinin müdafiəçisi Davide Astori vəfat edib | 1news.az | Xəbərlər
İdman

Futbol üzrə İtaliya millisinin müdafiəçisi Davide Astori vəfat edib

15:32 - 04 / 03 / 2018
Futbol üzrə İtaliya millisinin müdafiəçisi Davide Astori vəfat edib

Futbol üzrə İtaliya yığmasının və "Fiorentina" klubunun müdafiəçisi Davide Astori bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında ölmüş vəziyyətdə tapılıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, otuz bir yaşlı futbolçu yuxudan ayılmayıb. Onun hazırda adı açıqlanmayan xəstəlikdən öldüyü bildirilir.

"Fiorentina"nın Bakı vaxtı ilə 18:00-da İtaliya A Seriyasının 27-ci turu çərçivəsində səfərdə "Udineze" ilə planlaşdırılan matçı bu səbəbdən təxirə salınıb.

S.Xankişiyeva

 

Paylaş:
980

Son xəbərlər

Bütün xəbərlər