Messi üçüncü dəfə ata oldu | 1news.az | Xəbərlər
İdman

Messi üçüncü dəfə ata oldu

19:14 - 10 / 03 / 2018
Messi üçüncü dəfə ata oldu

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi La-Liqanın  28-ci turu çərçivəsində “Malaqaya” qarşı matçda meydana çıxa bilməyəcək.

1news.az-ın lenta.ru-ya istinadla verdiyi xəbərə görə, buna səbəb Messinin övladının dünyaya gəlməsidir.

Nəşrin məlumatına görə, Argentinalı futbolçunun həyat yoldaşı Antonella gecə saatlarında oğlan uşağı dünyaya gətirib.  Valideynlər yeni doğulmuş körpəyə Çiro adını veriblər.

Bundan əvvəl yayılan xəbərdə Messinin şəxsi məsələylə əlaqədar növbəti matçı buraxacağı bildirilirdi.

S.Xankişiyeva

 

 

Paylaş:
788

Son xəbərlər

Bütün xəbərlər