Azərbaycanla Hindistan arasında birbaşa aviareys açıla bilər

Hindistanla Azərbaycan arasında müxtəlif istiqamətlərdə aviareyslər var. Amma əməkdaşlığın daha da inkişafı baxımından birbaşa aviareyslərin açılması yaxşı olardı.
1news.az xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana mətbuat konfransında deyib. O bildirib ki, birbaşa aviareyslərin açılması turist axınına, biznesin inkişafına səbəb olacaq.
Səfir deyib ki, bununla bağlı danışıqlar davam edir. Sabah Hindistandan nümayəndə heyəti gələcək və onlar bununla bağlı AZAL-la danışıqlar aparacaq.
İki ölkə arasında əczaçılıq sahəsində əməkdaşlıqdan da danışan səfirin sözlərinə görə, Hindistanın “Ssn Pharma” əczaçı şirkəti “Gilan Holding”lə birgə müəssisə yaradılması üçün əlaqələr qurmağa başlayıb.
“Digər əczaçı şirkətlərimiz də Pirallahı Sənaye kompleksi ilə əlaqələr qurmağa maraqlıdır”- deyə, səfir qeyd edib.
P.Sultanova