Neymar PSJ-dən həftəyə milyon istəyir | 1news.az | Xəbərlər
İdman

Neymar PSJ-dən həftəyə milyon istəyir

18:09 - 18 / 03 / 2018
Neymar PSJ-dən həftəyə milyon istəyir

“Pari Sen-Jermen”in və Braziliya yığmasının hücumçusu Neymar Fransada qalmağa hazırdır.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, 26 yaşlı braziliyalı həftəyə 1 milyon avrodan artıq məvacib almaq istəyir.

Hazırki müqaviləyə əsasən o, 750 min avro qazanır.

Oyunçunun təmsilçiləri PSJ prezidenti Nasser Əl-Həlaifinin Braziliyaya səfəri zamanı 2022-ci ilədək hesablanmış müqaviləyə yenidən baxılmasını istəyirlər.

Qeyd edək ki, braziliyalı hücumçu “Barselona”dan PSJ-ə 222 milyon avro qarşılığında keçib. Hazırki mövsümdə Neymarın aktivində 28 qol var.

S.Xankişiyeva

 

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər