Millimiz Makedoniyaya qarşı | 1news.az | Xəbərlər
Futbol

Millimiz Makedoniyaya qarşı

16:42 - 27 / 03 / 2018
Millimiz Makedoniyaya qarşı

Bu gün futbol üzrə milli komandamız Türkiyənin Antalya şəhərində növbəti yoldaşlıq oyununa çıxacaq.

1news.az-ın məlumatına görə, martın 23-də Bakı Olimpiya Stadionunda Belarus qarşısında minimalhesablı məğlubiyyətə üzülən komandamızın budəfəki rəqibi Makedoniya yığmasıdır.

Millinin “sükanı arxası”nda keçirdiyi ilk iki görüşdə qalibiyyət görməyən Qurban Qurbanov bu şanssızlığı qırmağa çalışacaq.

“Mardan” stadionunda saat 20:00-da başlayacaq görüş CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.  

Türkiyəli hakimlərin idarə edəcəyi oyunda VAR (video assistant referee) sistemi tətbiq olunacaq.

Yoldaşlıq görüşü

27 mart

20:00. Azərbaycan – Makedoniya

Baş hakim: Halis Özkahya

Baş hakimin köməkçiləri: Kemal Yılmaz, Kerem Ersoy

Dördüncü hakim: Ali Palabıyık

VAR (video assistant referee): Cüneyt Çakır

AVAR (assistant video assistant referee): Hüseyin Göçek

Antalya. “Mardan” stadionu

1news.az

Paylaş:
821

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər