Haiti millisinin üzvü “Neftçi”də - FOTO | 1news.az | Xəbərlər
Futbol

Haiti millisinin üzvü “Neftçi”də - FOTO

18:42 - 27 / 03 / 2018
Haiti millisinin üzvü “Neftçi”də - FOTO

2018/19 mövsümünə transfer hazırlıqlarına başlayan “Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 28 yaşlı yarımmüdafiəçi Soni Mustivar ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, “Bastiya” və “Orlean” klublarında çıxış edib. Rumıniyanın “Petrolul” və ABŞ-ın “Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış  futbolçu Haiti milli komandasının şərəfini qoruyur. O, “Petrolul”la Rumıniya kubokunun, “Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.

Qeyd edək ki, Mustivar Liqa 1-də çıxış edən “Petrolul”un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu “Sportinq Kanzas Siti”də isə 76 oyun keçirib.

1news.az

Paylaş:
651

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər