Millimiz Makedoniya ilə heç-heçə etdi | 1news.az | Xəbərlər
Futbol

Millimiz Makedoniya ilə heç-heçə etdi

22:37 - 27 / 03 / 2018
Millimiz Makedoniya ilə heç-heçə etdi

Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Antalyada Makedoniya millisi ilə üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.

Bu görüş millimiz üçün tarixi hadisə ilə əlamətdar olub. Belə ki, “Mardan” stadionunda keçirilən görüşdə videotəkrar sistemindən istifadə olunub ki, bu da millimizin tarixində ilk idi.

Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.

Yoldaşlıq görüşü

27 mart

20:00. Azərbaycan – Makedoniya - 1:1

Qollar: Riçard Almeyda, 6 (p), Traykovski, 21 (p)

1news.az

Paylaş:
904

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər